FAB KEÇİD ASTARI AĞ 3,5 kq
Məhsul haqqında: Akrilik kopolimer əsaslı, hər növ səthə mükəmməl yapışma xüsusiyyəti olan, əsasən sintetik əsaslı boyadan su əsaslı boyaya keçid üçün, örtücü, üzərinə tətbiq ediləcək emulsiya üçün səth hazırlayan, iç cəbhə və fasadlarda keçid astarıdır.
Xüsusiyyətləri: FAB KEÇİD ASTARI (437) sintetik və ya çox köhnə emulsiya boyalı səth üzərinə əla yapışır və emulsiyanın yapışması üçün təbəqə yaradır. Boya ilə səth arasında körpü qurur və üzərinə tətbiq ediləcək son qat boyanın sərfiyyatını azaldır. Beton, gips və ya hər növ çətin səthlər üzərinə emulsiya tətbiq etmək üçün keçid astarı olaraq istifadə olunur. Ekoloji təmizdir, qoxusu yoxdur, ətraf mühitin dostudur.
Tətbiqi: FAB KEÇİD ASTARI (437) tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş olmalı, qabarıq olan hissələr təmir edilməli, səth quru olmalıdır. Əvvəlcədən və ya yeni boyanmış sintetik və köhnə emulsiyalı səthlərin sumbata kağızı ilə sumbatalanması vacibdir.
Çəki: 3,5 kq