FAB AKRİLİK FASAD MƏCUNU 25 kq

FAB AKRİLİK FASAD MƏCUNU 25 kq

Məhsul haqqında: Akrilik kopolimer emulsiya əsaslı, elastik, çöl cəbhə divarları üçün səth düzəltmə məcunudur.

Xüsusiyyətləri: Daha əvvəl boyanmış və qabarmış çöl səthlərin təmizlənməsiylə yaranan boşluqların doldurulmasında və mövcud xətaların yox edilməsində FAB AKRİLİK MƏCUN (350) dolğu vəzifəsini görür. Elastiklik qabiliyyəti olduğu üçün çatlaqların boya üzərinə çıxmasının qarşısını alır. Suya və nəmə qarşı dayanıqlıdır. Çox möhkəm və düz bir səth əmələ gətirir. Quruduqdan sonra uyğun astar istifadə etmək şərti ilə üzərinə hər növ boya tətbiq edilə bilər. Əmiciliyi çox az olduğu üçün boya sərfiyyatı da azdır. Səthlərin tənəffüs etməsini təmin edir. Su əsaslı olduğu üçün qoxusu yoxdur, ətraf mühitin dostudur.

Tətbiqi: FAB AKRİLİK MƏCUN (350) beton və mineral suvaqlı çöl divarlarda, köhnə boyalı, çıxıntılı səthlərin düzgün hala gətirilməsi və çatların doldurulmasında istifadə edilə bilər. FAB AKRİLİK MƏCUN (350)-un tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş və quru olmalıdır, qabarıq olan hissələr tamamilə hamarlaşdırılmalıdır.

Çəki: 25 kq